19 yaşlı şəhidimiz dəfn olundu  – VİDEO + FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şəhidimiz Bərdə rayonunda dəfn edilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər 1997-ci il təvəllüdlü Sahil Sabir oğlu Məmmədov şəhid olub.
ARB Aran xəbər verir ki, əsgər Sahil Məmmədov doğulduğu Bərdə rayonunun Soğanverdilər kəndində torpağa tapşırılıb. Əsgərimizin dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, şəhid Sahil Məmmədov döyüş tapşırıqlarını yerinə yetirən, nizam-intizamlı əsgər olub. “Yüzlərlə Azərbaycan övladı vətən yolunda şəhid olmağa hazırdır. Hər kəs inanır ki, erməni tapdağında olan torpaqlarımız geri qaytarılacaq” deyə rayon sakini Telman Rzayev bildirib.
Daha sonra şəhid Sahil Məmmədov anadan olduğu Soğanverdilər kəndində torpağa tapşırılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗