VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
07.10.2016 08:48 · gunaynovruz

Putin-Ərdoğan görüşü nə vəd edir?

Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı V.Putin iqtisadi-ticari əlaqələrin bərpa olunmasında, “Akkuyu” AES və…

Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı V.Putin iqtisadi-ticari əlaqələrin bərpa olunmasında, “Akkuyu” AES və “Türk axını” layihələrinin reallaşmasında Rusiyanın maraqlı olduğunu deyib. Prezidentlər Suriya problemini də müzakirə ediblər.

Cəmi 4 gündən sonra isə, yəni oktyabrın 10-da V.Putin İstanbulda keçiriləcək Ümumdünya Energetika Konqresində iştirak edəcək. Tədbir çərçivəsində onun Türkiyə prezidenti ilə görüşü də nəzərdə tutulur.

Bu qədər qısa müddət ərzində iki prezident arasında həm telefon danışığı, həm də görüş keçirilməsinin səbəbi nədir? Son vaxtlar dünyada və regionda gedən və ciddi dəyişikliklərlə müşahidə olunan geosiyasi proseslər nədən xəbər verir? İki prezidentin görüşündə hansı razılaşmalar əldə oluna bilər?

Bununla bağlı “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında deyib ki, əvvəla, artıq bu iki ölkə arasındakı təyyarə vurulması məsələsi, demək olar ki, qapanıb və münasibətlər yüksələn xətt üzrə sürətlə inkişaf edir.

Ərdoğan-Putin görüşünün aktuallığı isə ilk növbədə Suriyadakı hadisələri ilə bağlıdır: “Son açıqlamalara görə, ABŞ və Rusiya arasında Suriyadakı vəziyyətlə bağlı böyük ziddiyyətlər yaranıb. Eyni zamanda, ABŞ-ın bəzi kürd qruplarını dəstəkləməsi Türkiyənin narazılığına səbəb olub. Məncə, prezidentlərin görüşündə məhz bu məsələlərin müzakirəsi əsas məsələ olacaq.

İkinci məsələ Suriyanın gələcəyi ilə bağlıdır. Bu məsələ Hələb ətrafındakı döyüşlərdən çox asılıdır. Əgər Hələb Suriyanın dövlət ordusu tərəfindən ələ keçirilsə, bu, əsas müxalif qüvvələrin və terror qruplarının fəaliyyətinin iflasına gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinə təsir edən regiondakı hadisələr də nəzərdən keçiriləcək: “Məsələn, ehtimal etmək olar ki, Türkiyə tərəfi Qafqaz regionu və Dağlıq Qarabağ münaqişəsi məsələləri çərçivəsində Rusiyanın Ermənistana “İskəndər” raketləri verməsini də gündəmə gətirəcək. Çünki Türkiyə ilə sərhəddə belə silahların yerləşdirilməsi Ankaranı narahat etməyə bilməz. Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları bəllidir və hər zaman da onun əleyhinə fəaliyyəti ilə seçilib. Ona görə də bu məsələ Türkiyəni narahat edir.

Bundan başqa, yəqin ki, Qara Dəniz hövzəsindəki siyasi vəziyyətə də toxunulacaq. Çünki Rusiya və Türkiyə Ukrayna və Krım məsələlərinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməsini istəmir. Güman ki, onlar nədəsə ortaq məxrəcə gəlib ziddiyyətlərdən yayınmağa çalışacaqlar”.

E.Ələsgərov hesab edir ki, Ərdoğan-Putin görüşündə bir sıra razılaşmalar əldə oluna bilər: “İlk növbədə Türkiyəyə qarşı iqtisadi sanksiyaların götürülməsinə dair razılıq əldə olunacaq. Çünki iki ölkə arasında siyasi münasibətlər yaxşılaşsa da, iqtisadi əlaqələr hələ tam bərpa olunmayıb. Güman ki, iqtisadi əlaqələrin bərpasına, Türkiyədə tikilən atom elektrik stansiyasının inşasına xüsusi diqqət yönəldiləcək. İqtisadi layihələr arasında mühüm yer tutan neft-qaz kəmərləri məsələsində də anlaşma əldə oluna bilər”.