Türkiyədə 25 yaşlı Gizem müəllimin ölümündən öncəki görüntüləri ortaya çıxıb.
Motosiklet qəzasında həyatını itirən müəllim yola çıxmazdan əvvəl göz həkiminə gedərək müayinədən keçib.
Gizem müəllim sonuncu dəfə xəstəxananın təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Məlum olub ki, bu görüntülər qəza anından 1 saat 20 dəqiqə öncə qeydə alınıb.
Qeyd edək ki, Bursa da özəl bir məktəbdə müəllim vəzifəsində çalışmış 25 yaşlı Gizem Kıvılcımın, idarə etdiyi motosiklet, Bilecik- İnegöl yolu üzərindəki Südlü Köyü adlanan yol qovşağında, qarşıdan gələn Sami Kurt adlı şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub.
Təhməz Təkin
Videonu izləmək üçün şəklə klikləyin:


