Yaxın Şərqin ən yaxşı modelyerlərindən olan Mona əl Mənsuri innovativ gecə geyimləri və gəlinlikləri hazırlaması ilə məşhurdur. Onun bu yaxınlarda ərəb xalqı adından ruslara və Putinə ithafən hazırladığı gecə geyimi isə Moskva moda evində rezonansla qarşılanıb. Gecə qiyafətinin ön tərəfində Rusiya prezidentinin arxa tərəfində isə Kremlin təsviri verilib. Putin Administrasiyasınan bu hədiyyəyə qarşı bir fikir bildirilməyib.

