VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
11.11.2016 14:53 · gunaynovruz

Deputat: “Seçkilər ABŞ cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb”

“Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə…

“Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini və milli böhranı ortaya çıxarıb. İkincisi, seçkilər ABŞ vətəndaşlarının pulunu Əfqanıstan və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxarıb. Bundan əlavə Ağ ev ətrafında əksəriyyəti Klintonun çevrəsində qərarlaşmış lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin və onların qurduqları korrupsiya sistemi dağılmış olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

“Ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəldilməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş olub. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə xalq öz reaksiyasını bildirmiş oldu. ABŞ vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Ona görə də hesab edirəm ki, bu, Türkiyə-Ermənistan sərhədini açmaq adı ilə Azərbaycan millətinin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu. Hörmətli Oqtay müəllim, bu mənim fikrimdir, bir deputat kimi siyasi mövqeyimdir. Xahiş edirəm, bunu hörmətlə qarşılayın”, – deyə Z. Oruc bildirib.

Spiker Oqtay Əsədovun cavabı isə belə olub: “Zahid Oruc bir hövsələn olsun, əvvəldən niyə elə narahat olmanı ifadə edirsən? Mən sənə nə deyirəm ki? Fikrini bildirmək istədin, mən də söz verdim”.