VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
16.11.2016 12:54 · gunaynovruz

Malena Mard: Avropa İttifaqı regionda Azərbaycandan daha etibarlı tərəfdaş görmür

Avropa İttifaqı (Aİ) regionda Azərbaycandan daha etibarlı tərəfdaş görmür. Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” mövzusunda çıxış edən Aİ-nin…

Avropa İttifaqı (Aİ) regionda Azərbaycandan daha etibarlı tərəfdaş görmür. Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” mövzusunda çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Aİ və Azərbaycan çox vacib ticarət tərədaşlarıdır.

M.Mard deyib: “Azərbaycanın idxal etdiyi məhsulların 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. İndi bizim tərəfdaşlığımız stabillik və möhkəm əməkdaşlıq mərhələsinə keçir. Bu əməkdaşlıq Aİ üçün çox vacibdir.”

Daha sonra o deyib: “Mən dünən Yevlaxda oldum və kənd təsərrüfatının inkişafına necə diqqət verildiyini gördüm. Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükü məsələsini inkişaf etdirəcəyik. Bundan başqa, Aİ ASAN xidmətin iş təcrübəsini öyrənmək və iqtisadi sahələrin inkişafında Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir.”

M.Mard əlavə edib: “Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir və Aİ bütünlüklə bu layihəni dəstəkləyir. Layihəyə başqa ölkələr də qoşula bilər, məsələn İran”.