Tutulan terrorçular hər şeyi etiraf etdi: “Bizi o ölkə öyrətdi”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Şırnakda tutulan, Çexiya vətəndaşları olan 2 YPG-li terrorist hər şeyi açıqlayıb.

Onların açıqlamalarına görə, təlimləri fransız legion düşərgələri, alman xüsusi qüvvələrinin və Amerika xüsusi təyinatlıların tərkibində keçiblər.

Terroristlərin kod adı “Serxwebun Botan” olan Miroslav Farkas, digərinin isə “Zelane Botan” kod adlı Marketa Vseliçova olduqları təyin olunub.

Terrorçular sözügedən hərbi birləşmələrin əsgərləri ilə birgə Suriyada hərbi əməliyyatlarda dəfələrlə iştirak etdiklərini etiraf ediblər.

Onlar Suriyadan Türkiyəyə keçərkən sərhəddə tutulublar.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗