VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
26.11.2016 12:34 · gunaynovruz

“Nokia” smartfonlar bazarına qayıdır

  “Nokia” brendli mobil qurğuların istehsalı hüququna malik “HMD Global” şirkətinin nümayəndələri 2017-ci ildə məşhur Finlandiya əmtəə nişanı ilə smartfonların buraxılacağını rəsmən təsdiq ediblər. Bu barədə bəyanat sərmayədarlar üçün “Nokia’s Capital Markets…

 

“Nokia” brendli mobil qurğuların istehsalı hüququna malik “HMD Global” şirkətinin nümayəndələri 2017-ci ildə məşhur Finlandiya əmtəə nişanı ilə smartfonların buraxılacağını rəsmən təsdiq ediblər. Bu barədə bəyanat sərmayədarlar üçün “Nokia’s Capital Markets Day 2016” tədbirində səsləndirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni “Nokia” smartfonlarının növbəti ilin fevralında illik “Mobile World Congress” (MWC 2017) sərgisində təqdim ediləcəyi gözlənilir. Şirkətin debütünün 5,5 düymlük “Full HD” ekran və səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru ilə təchiz edilən “Nokia D1C” qurğusunun olacağı bildirilir. Smartfon ən yeni “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Məlumata görə, smartfonlar bazarından başqa “HMD Global” digər istiqamətləri, o cümlədən virtual reallıq texnologiyasını inkişaf etdirməyi planlaşdırır. Müvafiq patent hüququnun 2018-ci ildə alınaraq rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu il artıq virtual reallıq videosunun yaradılması üçün “Nokia OZO” adlı xüsusi kamera təqdim edilib.

Qeyd edək ki, 2013-cü ildə Finlandiya istehsalçısı və “Microsoft” korporasiyası arasında telefonların istehsalı ilə bağlı biznesin satılması üzrə imzalanan sazişin şərtlərinə görə, “Nokia” 2016-cı ilin dördüncü rübünədək smartfonlar istehsal etmək hüququna malik deyil. Bundan başqa, “Nokia” 2024-cü ilədək mobil telefonlar üzərində öz brendini yerləşdirmək hüququndan məhrum edilib.