VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
07.12.2016 14:49 · gunaynovruz

“Reket”lərin həbsinə reaksiya – “Cəzalarını alacaqlar”

“Hazırda 70-dən çox mətbu orqanının adı “qara siyahı”mızdadır”. Bu sözləri Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov  “reket” jurnalistlərin həbsi ilə bağlı açıqlamasında deyib. MŞ sədri bildirib ki, qurum yaranan gündən media ilə…

“Hazırda 70-dən çox mətbu orqanının adı “qara siyahı”mızdadır”.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov  “reket” jurnalistlərin həbsi ilə bağlı açıqlamasında deyib. MŞ sədri bildirib ki, qurum yaranan gündən media ilə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir:

“Hər il KİV nümayəndələri ilə bağlı xeyli sayda şikayət daxil olur. Bu şikayətlərin böyük bir qismi reketyönlü, qorxutma, şantajetmə xarakterlidir. Bu müraciətlər araşdırılır və müəyyən qərarlar verilir. Artıq Şura Azərbaycan jurnalistləri qurultayında media nümayəndələrinin xahişi ilə yeni bir komitə yaratdı: “Reket” jurnalistikaya qarşı mübarizə komitəsi.

Bəzi mətbu orqanlar var ki, insanlar haqqında həqiqətə uyğun olmayan məlumatlar verir, onların şərəf və ləyaqətini alçaldır. Bu səbəbdən şura “qara siyahı” tərtib edib və bu siyahıda 70-dən çox mətbu orqanın adı var. Onlardan bəziləri bir müddət sonra nəşrlərini bağlayıb yeni adla sayt və ya qəzet tərtib ediblər. O ki qaldı son zamanlar baş verən hadisələrə, hazırda müəyyən araşdırma işləri aparılır. Əgər həqiqətən də onlar “reket”lik fəaliyyəti ilə məşğul olurlarsa, öz cəzalarını alacaqlar. Ümumiyyətlə, medianı saflaşdırmaq dövrün tələbidir”.

Ə.Amaşov qeyd edib ki, baş verən hadisələr heç bir vəchlə mətbuat azadlığının məhdudlaşdırılması adlandırıla bilməz. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxıb cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməlidir.