Üç ay öncə ailə quran türkiyəli məşhurlar Pelin Akil və Anıl Altan eyni serialda rol alacaqlar.
Cütlük “Çember” adlı detektiv serialında polis obrazında iki sevgilini canlandıracaq.

Serialda, həmçinin Serhat Kılıç və Barış Bağçı da polis roluyla, Belçim Bilgin və Sedef Avcı isə qonaq aktrisalar kimi izləyici qarşısına çıxacaqlar.
“Çember”də hər həftə fərqli mövzular işlənəcək.
Serialın rejissoru Abdullah Oğuzdur.
