Bakının Xətai rayonunda yerləşən Baku Medical Plaza xəstəxanasında ölüm hadisəsi baş verib.
Bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik Əl Abbad əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
