Millimiz Estoniyaya qarşı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yığmamız 9-12-ci yerlər uğrunda matçda Estoniya ilə üz-üzə gələcək.

Qrupda keçirdiyi 3 oyunun 2-də məğlub olan Təbriz Həsənovun yetirmələri 9-16-cı yerlər uğrunda görüşdə isə İran millisinə qalib gəlmişdi. Estoniya üzərində də qələbə qazanacağı halda yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanacaq.

Məğlub olacağı təqdirdə isə komandamız 11-12-ci yerlər uğrunda oyuna çıxacaq.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-12-ci yerlər uğrunda oyun
17 yanvar
20:00. Azərbaycan – Estoniya

Vətənim Media Shorts

YouTube-da aç ↗