Kayserinin Bünyan mahalında Behçet K., iddiaya görə, ailə münaqişəsi zəminində mübahisə etdiyi bacanağı Koray Biçerin üzərinə benzin tökərək yandırıb.
öz avtomobilində od tutub yanan Biçer xəstəxanaya çatdırılıb.
Hadisə dünən axşam saat 19 radələrində baş verib.
Biçer ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hadisədən sonra qaçan Behçet K.-nı isə polis tutub.
