Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub.

Hadisə Xətai rayonunda baş verib.
Belə ki, Mehmandarov küçəsində 70 yaşlı Səfayət Əbdüləzimov və onun həyat yoldaşı, 62 yaşlı Əhmədova Qaragöz İsa qızı yolu keçmək istəyərkən onları avtomobil vurub. Ağır xəsarət alan hər iki şəxs yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗