Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar artıq başlanıb. Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evdədirlər.
Ağ Evdə onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.
Qarşılanma mərasimində Obama Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.
Prezidentliyinin sonuncu günü B.Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam” yazıb.
Nəzərinizə çatdıraq ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.


