İŞİD məşhur blogeri axtarır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“İslam dövləti” terror təşkilatı məşhur rusiyalı YouTube-blogeri İlya Meddisonu Quranı təhqir etdiyinə görə cəzalandıracağını bildirib.

Bu barədə ekstremistlərin “Д///ИХАД” adlı Twitter hesabında məlumat yerləşdirilib.

Sosial şəbəkə istifadəçilərinin diqqətini blogerin Quran və ayaqyolu ilə bağlı zarafatı çəkib.

İŞİD terrorçuları qeyd edirlər ki, Meddison ya Moskvada, ya da Sankt-Peterburqda yaşayır.

Yaraqlılar müqəddəs kitabı lağa qoyduğu üçün ondan intiqam almağın vacib olduğunu qeyd edirlər.

İlya Meddison (əsl adı İlya Davıdov) məşhur rusiyalı aparıcı və blogerdir. 2009-cu ildə “Runetin qəhrəmanı” mükafatına layiq görülüb. TNT və MTV kimi telekanallarda işləyib.

Vətənim Media Shorts

YouTube-da aç ↗