Nazir müavini: “Yaxın vaxtlarda Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar başlayacaq”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.

M.Məmməd-Quliyev Ümumdünya Ticarət Təşkilatı ilə də danışıqlar prosesinin getdiyini və ilin birinci yarısında Cenevrədə növbəti görüşün keçirilə biləcəyini qeyd edib.

Vətənim Media Shorts

YouTube-da aç ↗