Qəzvində sosial şəbəkələrdə modellik fəaliyyəti ilə məşğul olan onlarla soydaşımız saxlanılıb.
Turkistan.info xəbər verir ki, Bu barədə Qəzvin prokuroru Sadiq Niyarəki məlumat verib.
İnformasiyaya əsasən, polis tərəfindən saxlanılan şəxslər Instagram və Telegram kanallarında modellik sahəsində bayağı məzmunlu material və məlumat yaymaqda ittiham olunur.
Saxlanılanların sosial şəbəkə fəalları, bərbər və fotoqraf olduqlarını bildirən prokuror onların neçə nəfər olduğu və nə zaman saxlanıldığı barədə dəqiq məlumat verməyib.
Sadiq Niyarəkinin sözlərinə görə, modellik fəaliyyəti ilə əlaqədar 7 atelye, foto və çəkiliş studiyası polis tərəfindən möhürlənib.
Prokuror model şəkillərinin sosial şəbəkələrdə yayılmasını əxlaqsızlığı yaymaq və islam dəyərlərinə qarşı çıxmaq kimi qiymətləndirib.
