Ərdoğanı Tanzaniyada belə qarşıladılar — İki prezident təbil çaldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

 

Türkiyənin prezidenti Ərdoğan Tanzaniyaya rəsmi səfər edib.

Tanzaniyanın paytaxtı Darüssəlam şəhərində Ərdoğanı möhtəşəm tədbirlə qarşılayıblar. Tədbirdə Ərdoğan Tanzaniya prezidenti Con Pombe Cozef Magufuli ilə birlikdə təbil çalıb. Təbil çalmaq Tanzaniyada bir adətdir.

Prezident Ərdoğan üçüncü Afrika turu çərçivəsində Tanzaniyaya səfər edib. Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak müşayiət edib.

Darüssəlam hava limanında Türkiyə təyyarəsini Tanzaniyanın baş naziri Kassim Majaliva, Türkiyənin Tanzaniyadakı səfiri Yasemin Eralp və səfirlik işçiləri qarşılayıb. Hava limanında qarşılandıqdan sonra qonaqları dövlət sarayına aparıblar. Tanzaniya mühafizə alayı Ərdoğanın şərəfinə 5 dəqiqə toplardan yaylım atəşi açıb.

Ərdoğan Darüssəlamda heyətlərarası görüşlərə sədrlik edəcək və imzalama mərasimindən sonra Magufuli ilə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. (olke.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗