Hücumçumuza 90 dəqiqə bəs etmədi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Millimizə cəlb olunan Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda “Qroyter Fyurt” ilə qarşılaşıb.

Gənclər Liqasının Cənub-qərb zonası üzrə birinciliyinin 18-ci turu çərçivəsində keçirilən görüş qolsuz bərabərliklə başa çatıb.

Matça start heyətində başlayan Renat görüşü əvəzedilmədən başa vurub.

Qeyd edək ki, “Ayntraxt” U-19 18 oyundan sonra 24 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗