La Liqada baş məşqçi istefası

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

La Liqa təmsilçisi “Deportivo” baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərib.

Reportyor.az qol.az-a istinadən xəbər verir ki, ölkə çempionatının 24-cü turunda “Leqanes”ə 0:4 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu qərarı verib. Komandanı müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Kristobal Parralonun çalışdıracağı bildirilib.

Qeyd edək ki, “Deportivo” 24 turdan sonra turnir cədvəlində 19  xalla 17-ci pillədə qərarlaşıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗