“Elnarə, sən mənim vecimə də deyilsən”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal bitmək bilmir.

Səidə yenidən həmkarı Elnarəyə söz atıb.

O, Elnarənin  bu yaxınlarda verdiyi açıqlamasına, münasibət bildirərək, ona əhəmiyyət vermədiyini söyləyib:

“Baxıram “W-Trio” Elnarə də səviyyədən danışır. Adama deyərlər heç dava yeridir? İnanırsan, Elnarə, sən mənim heç vecimə də deyilsən!”.

 Qeyd edək ki, bir müddət əvvəl də Səidə Elnarəni paxıl adlandırmış və onun sənətinin “W-trio” qrupunun qızları arasında geridə qalmış olduğunu vurğulamışdı.

E.Xəlilova isə “Xəzər maqazin”ə açıqlamasında həmkarının onun ünvanına dediyi təhqirlərə cavab verərək bildirmişdir ki, onun haqda danışmaq istəmir.

Vətənim Media Shorts

YouTube-da aç ↗