Elektrik enerjisinin qiymətilə bağlı açıqlama: Bu il…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərenerji ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.

Turkustan.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Standard&Poor`s Global Ratings” (S&P) yaydığı məlumatda deyilir.

“2016-cı ilin dekabrında Azərenerji ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik”, – agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı Azərenerji ASC-nin maliyyə nəticələrinə təsir etməyib:

“Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək”.

Vətənim Media Shorts

YouTube-da aç ↗