Yapon futbolçu tarixə düşdü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Yaponiyanın “Yokohama” klubunun hücumçusu Kadzuesi Miura rəsmi matçlarda iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Təcrübəli forvard ingiltərəli Stenli Metyuza yarım əsrdən çox məxsus olmuş rekordu yeniləyib.

Metyuz 50 yaş 5 günlüyündə, Miura isə Yaponiyanın II Liqasında “V-Varen Naqasaki” ilə qarşılaşmada 50 yaş 7 günlüyündə ikən meydana çıxıb. Yaponiyalı qolçu 54-cü dəqiqədə meydanı tərk etdikdən sonra komandalar hərəyə bir qol vurub.

Vətənim Media Shorts

YouTube-da aç ↗