Çempionlar Liqasında daha iki 1/4 finalçı bilindi – Barselona”dan fantastik qələbə

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Ötən gecə 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Parisdəki səfər oyununda  gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan “Barselona” bu dəfə rəqibini öz meydanında qəbul edib. “Barsa” 6:1-lik fantastik qələbə qazanıb.

“Benfika” Dortmund “Borussiya”sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə “Benfika” 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən “Borussiya” mübarizəni davam etdirir.

Çempionlar Liqası 

1/8 final mərhələsi, cavab oyunları

8 mart

“Barselona” (İspaniya) – PSJ (Fransa) 6:1
İlk oyun
– 0:4

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) 4:0
İlk oyun
– 0:1


7 mart

“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) – 1:5
İlk oyun
– 1:5

“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 1:3
İlk oyun
– 1:3

14 mart

23:45. “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya)
İlk oyun
– 2:0

23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun
– 1:2

15 mart

23:45. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)
İlk oyun
– 3:5

23:45. “Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun
– 4:2

(modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗