Beynəlxalq Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Hindistanda paytaxtı Dehlidə güllə atıcılığı üzrə keçirilən Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan snayperi Ruslan Lunyov mövqeyini yaxşılaşdırıb.
25 m məsafəyə atəş açmada 3-cü olan təmsilçimiz 10 pillə irəliləməklə 10-cu yerə yüksəlib. O, aktivindəki xalların sayını 742-yə çatdırıb.
Lunyov 10 m atəş açmada 4 pillə geriləyib. İdmançımız 24-cü yerə enib. O, 50 m məsafədən hədəfi nişan almada isə 58-cidi.
