“Bank of America”dan manatla bağlı PROQNOZ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb”.

Bu açıqlama ilə ABŞ-ın nüfuzlu “Bank of America” bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovski bildirib.

Baş iqtisadçı hesab edir ki, Azərbaycanda həyata keçirilən makroiqtisadi islahat tədbirləri fiskal və pul-kredit siyasəti baxımından müvəffəqiyyətlə davam etdirilir.

Bank sektorunun cari maliyyələşməni və iqtisadi artımı əngəlləməsi tendensiyası müşahidə olunsa da, makroiqtisadi vəziyyət nəzarət altındadır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə ölkədə devalvasiya təzyiqlərini azaldıb. (report)

Vətənim Media Shorts

YouTube-da aç ↗