Əfvə düşən ömürlük məhbuslar KİMDİR?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Prezidentin əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 2 məhbusun də cəzası azaldılıb.

Turkustan.info xəbər verir ki, bunlardan biri Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 30 sentyabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hüseynov Ceyhun Zakir oğludur. Onun cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Sərəncamın şamil olunduğu ikinci ömürlük məhbus  Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Nəsirov Zakir Əsəd oğludur. Onun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.  Cebhe.info

Vətənim Media Shorts

YouTube-da aç ↗