VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
18.03.2017 00:13 · gunaynovruz

“Mövlud normal maaş alırdı” – Baş redaktoru qınaqları cavabladı

İntihar edən Mövlud Mövludun çalışdığı Gündəlik Teleqraf MMC-in sahibi Aynur Camal gənc yazarın maddi sıxıntı səbəbindən özünə qəsd etməsi haqda fikirlərə aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, Yeni Musavat-a açıqlamasında Aynur Camal…

İntihar edən Mövlud Mövludun çalışdığı Gündəlik Teleqraf MMC-in sahibi Aynur Camal gənc yazarın maddi sıxıntı səbəbindən özünə qəsd etməsi haqda fikirlərə aydınlıq gətirib.

Turkustan.info xəbər verir ki, Yeni Musavat-a açıqlamasında Aynur Camal Mövludun redaktor kimi normal maaş aldığını deyib: Mən bunu deyənlərə Feysbukda da etiraz etmişəm. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi. Onun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı. Mövludu tanıyanlar bilir ki, o pul-para dalınca heç vaxt qaçmayıb. Bizdə də redaktor kimi normal maaş alırdı. Mən də həmişə maddi problemi olanda dəstək vermişəm. Dünən Feysbukda rast gəldim bu fikrə – intihar böyük bir sualdır. Bəli, hansı səbəbdən baş verdiyini anlamaq o qədər çətindir ki! Bəs psixoloq Dəyanət Rzayev niyə intihar etdi? O ki maddi durumu qaydasında olan bir insan idi? Üstəlik, psixoloq. Yəni, birmənalı cavab vermək çox çətindir. Bircə onu bilirəm ki, belə insanların tək qalması təhlükəlidir. Belə depressiv vəziyyətdə dostlar, qohumlar onu tək qoymamalıydı”.