Yerevanda məhkəmə müxalif “Təsisedici parlament”in üzvü Armen Mikaelyanı qanunsuz silah gəzdirməkdə təqsirli bilib.
Ona bir illik həbs cəzası verilib.
Xatırladaq ki, Armen Mikaelyan 27 iyul 2016-cı ildə odlu silah gəzdirməkdə şübhəli bilinərək həbs edilmişdi. Amma 16 avqust 2016-cı ildə onu pul girovu müqabilində azadlığa buraxmışdılar.
Erməni müxalifəti Armen Mikaelyanın həbsini erməni hakimiyyətinin öz siyasi opponentlərinin məhv edilməsi üzrə genişmiqyaslı kampaniyasının bir hissəsi hesab edir.
