Dünyanın ən xoşbəxtləri bəlli oldu – Azərbaycan neçəncidir?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan dünya xoşbəxtlik reytinqində 85-cidir

BMT-nin 2012-ci ildə təsis etdiyi “Sustainable Development Solutions Network” tərəfindən açıqlanan illik xoşbəxtlik reytinqində Azərbaycan 85-ci yerdədir. İstipress-in “worldhappiness.report“-a istinadən verdiyi xəbərə görə, dünyanın ən xoşbəxt ölkəsi Norveçdir. Norveç ötənilki lider Danimarkanın yerini tutub.

İlk onluğa həmçinin İslandiya, İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya daxildirlər.

Siyahıda sonuncu pillədə yer alan ölkələr Suriya, Liviya və Afrika ölkələridir.

Rusiya bu siyahıda 49-cu, Türkiyə isə 69-cu yeri tutur. Maraqlıdır ki, Türkmənistan reytinqdə 59-cu, Qazaxıstan isə 60-cıdır.

Ermənistan siyahıda 121-ci xoşbəxt ölkə olsa da, daha firavan yaşayan Gürcüstan reytinqdə 125-cidir.

BMT hər il mart ayının 20-ni Ümumdünya Xoşbəxtlik Günü kimi qeyd olunması barədə qərar çıxarıb.

Dünyanın xoşbəxtləri 2017

Dünyanın xoşbəxtləri 2017

Vətənim Media Shorts

YouTube-da aç ↗