Azərbaycanın sabiq daxili işlər naziri, istiqlalçı millət vəkili İsgəndər Həmidov Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
Turkustan.info xəbər verir ki, İ.Həmidov təbrikində Azərbaycan xalqının Novruzu bütün sınaqlardan uğurla çıxararaq qeyd etdiyini bildirib:
Əziz həmtəvənlər!
Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə, uzun ömür və xoşbəxtlik arzulayıram. Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz Şərq təqviminə görə yeni ilin gəlişini göstərməklə yanaşı, baharın, saflığın və bərəkətin rəmzi sayılır.
Sovet dönəmində bir çox milli-mənəvi dəyərlərimiz kimi bu bayramı da qadağan etməklə onu xalqımızın yaddaşından silmək istəyiblər. Lakin onu rəsmi təqvimdən silsələr də xalqın yaddaşından silə bilmədilər.
Buda xalqımızın mübarizə ruhunun, əzminin daha bir sübutudur.
Bir daha Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm və hər bir evə xoş günlər arzulayıram.
Bayramınız mübarək!
