Hər kəsə bəlli olan eyni zamanda heç kimə bəlli olmayan Zona 51 Nevada səhrasında yerləşir. Bu əraziyə aparan yolda nə bir dənə yol nişanı, nə də bir dənə canlı varlıq görmək mümkündür. Zona 51 haqqında müxtəlif şayiələr gəzir. Bəziləri bu ərazidə naməlum sivilizasiyanın araşdırılması üzrə gizli laboratoriyanın yerləşdiyini, bəziləri isə bütün dünyanı məhv etməyə qadir olan silahların burada hazırlandığını və təcrübədən keçirildiyini iddia edirlər. Bəzən mətbuatda həmin bazada adamların çalışdığı ilə bağlı məlumatlar yayılır, lakin bu məlumatlar Amerika hökuməti tərəfindən təkzib olunur. Yalnız bir şey məlumdur ki, hər gün Los-Anceles ştatından bazaya təxminən 1500 adam gətirib aparan təyyarələr eniş edir. Lakin, həmin adamların bazada nə işlə məşğul olduqları naməlum olaraq qalır.
https://youtu.be/av3KfmMoltQ
