Slovakiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Ekspertlər, jurnalistlər arasında keçirilən səsvermənin nəticəsində əsasən, “Napoli”nin yarımmüdafiəçisi Marek Hamşik ölkəsinin ən yaxşı oyunçusu seçilib. Bununlada o, ardıcıl 4-cü, ümumlikdə 6-cı dəfə (2009, 2010, 2013, 2014, 2015, 2016) bu mükafatı qazanıb.
Səsvermədə “Fənərbağça”nın müdafiəçisi Martin Şkrtel ikinci, “Zenit”in yarımmüdafiəçisi Robert üçüncü olub.
