Azərbaycanın “Cəngi” qrupu Qazaxıstanda 5000 dollar qazandı – FOTOLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

TÜRKSOY tərəfindən 2017-ci il üçün “Türk Dünyasının Mədəniyyət Başkəndi” elan edilmiş Qazağıstanın Türküstan şəhərində, Xoca Əhməd Yəsəvi Adına Beynəlxalq Türk-Qazax Universitetinin Mədəniyyət Mərkəzində TÜRKSOY tərəfindən təşkil olunmuş “Türk Dünyasının Beynəlxalq Musiqi Festivalı” keçirilib.

Turkustan.info xəbər verir ki, festivalda Azərbaycanı təmsil edən “Cəngi qrupu” münsiflər heyəti tərəfindən I yerə layiq görülüb.

Qaliblərə mükafat olaraq 1 500 000 təngə (5 000 $) təqdim olunub.

 

 

 

Turkustan.info

Vətənim Media Shorts

YouTube-da aç ↗