Bakı şəhərində mənzildən 3 min manatlıq qızıl oğurlanıb.
10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Lökbatan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Qaibov yaxalanıb.
