“”Bank of Baku” aprel şəhidinin ailəsini sıxışdırır: “Bizə görə ölməyib ki…”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Əziz dostlar! Belə bir məlumat öyrəndim ki, aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi «Bank of Baku» tərəfindən təzyiqlərə edilir. Götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalıb”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bu barədə açıqlama ilə çıxış edib: “Bankdan onlara deyilir ki, “Nə olsun, bizə görə şəhid olmayıb ki, ölüb, ölüb də, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin. Ailənin isə bu pulu ödəməyə imkanı yoxdur”.
İctimai Birlik sədri cəmiyyətə müraciət edərək bu məsələnin ictimailəşdirilməsini, müvafiq qurumların şəhid ailəsinə yadrım etməsini istəyir.

Turkustan.info

 

Vətənim Media Shorts

YouTube-da aç ↗