Angela Merkel: “Biz heç də hər şeyi yaxşı etmədik”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib.

Bunu Almaniya Kansleri Angela Merkel İtaliyanın “Rai” teleradio şirkətinə müsahibəsində deyib.

A.Merkel qeyd edib: “Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb”.

O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:

“Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq”.

Vətənim Media Shorts

YouTube-da aç ↗