Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın öz ölkəsinin İctimai televiziyasına müsahibəsində işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir.

Erməni ekspertlər Petrosyanın Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin qaytarılmasına hazırlandığını hesab edir.

“Aykakan Jamanak” qəzeti də öz mənbələrinə istinadən yazır ki, Ermənistanda hakimiyyətin bu planı mövcuddur: “Petrosyan 45 dəqiqəlik müsahibəsində münaqişənin həlli yollarını açıq şəkildə göstərdi. Bu ərazilərin qaytarılması və öz müqəddəratını təyin etmədir. Yəni ərazilər qaytarıldıqdan sonra Qarabağdakı ermənilər orada təhlükəsiz şəraitdə yaşayacaqlar. Petrosyan irəli sürərək qeyd edir ki, Ermənistanın gələcəyi münaqişənin həllindən keçir. Onun müsahibəsindən bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqladı ki, tərəflər danışıqlar masasında olan sənədin bir neçə bəndləri üzrə razılığa gəldilər, lakin 2-3 məsələni tamamlamaq qalır. Belə fikir var ki, Ter-Petrosyan əslində Sarkisyana kömək edir. Bunu siyasi mənbələr də təsdiq edir. Hətta belə deyilir ki, “Erməni Milli Konqresi” parlamentə düşəcək, çünki onun irəli sürdüyü tezislər hakimiyyətə lazımdır. Sarkisyan cəmiyyəti ərazilərin qaytarılmasına hazırlayır və bu işdə ona “Erməni Milli Konqresi” kömək edəcək”.

Lakin qəzet əlavə edir ki, Ermənistan daxilində ərazilərin qaytarılmasına qarşı olan qruplar mövcuddur: “Hətta onlar status-kvonun saxlanılması üçün terror aktları törətməyə belə hazırdırlar”.

Bir neçə gün öncə “lragir” saytı da eyni məsələni gündəmə gətirmişdi.

“Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib”, – deyə sayt yazırdı. (publika.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗