Peterburqda terror aktı: xəstəxanalara 51 nəfər yerləşdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

“Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının kimliyi məlum deyil”, məlumatda deylir.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova terror aktı nəticəsində 45 nəfərin yaralandığını bildirib.

Vətənim Media Shorts

YouTube-da aç ↗