Baxış bucağı-Vaqif Qarayev Yazır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Siqaret biznesində narkotiklər qədər olmasa da çox böyük pullar var!İnzibati qadağalari alqişlamaq lazimdi…Bu pullarin qarşisinda faydasi olacaqmi?!-Yaşayib görmək lazimdi!Amma…amma marketlərdə atasina(əmisinə,dayisina və s.) siqaret alan kiçik yaşli uşaqlari hamimiz görürük…Son vaxtlar gənc xanimlarimiz da(hətta hamilə qadinlar da) əvvəlki illərdən fərqli olaraq utanib çəkinmədən siqaret alirlar…Uşaqli analarin siqaret almasi isə heç bir inzibati qanuna,mental qaydalara siğmir….İnsan hüquqlarina hörmət edək,amma bəlkə bu kateqoriyadan olanlara siqaret satilmasin…satanlar yüksək məbləğdə cərimələnsin! *** Az qala hər gün bir intihar xəbəri paylaşilir…İndi oxudum- 11-ci sinif şagirdi özünü asib…TV xəbər buraxilişlarinda hər gün 5-10 dəq “oğurladi”, “başini kəsdi”, “öldürdü”, “meyiti gizlətdi” və s. kimi süjetlər verilir…Rusiya Tv-ləri çox ciddi-ictimai rezonans doğuracaq kriminal xəbərləri verir..Türkiyə Tv-ləri bizdən beş betərdi-toyuq oğurluğunu da xüsusi bir hadisə kimi tamaşaçiya çatdirir… Görəsən bizdə statistik dinamika necədi?Kriminal xəbərləri xüsusi canfəşanliqla verməklə nəticədə nə qazaniriq?İnsanlari cinayətdən çəkindirə bilirikmi?Yoxsa əksinə,bu tip xəbərlər stimul rolunu oynayir? *** Deməli indi haqq dünyasinda olan ahil yaşli sənətçilərimizdən biri ağir xəstəliyi ilə bağli kilinikalarin birində müalicə alirdi…Həyat yoldaşi mütəmadi mətbuata məlumat verirdi ki,günbəgün həyati sönməyə doğru gedir…Müalicə həkimi də oxşar məlumatlar verirdi…Amma o vaxtlar fəaliyyətdə olan telekanal hər axşam israrla “fikankəsin sağliq durumu xüsusi nəzarətdə olduğu üçün günbəgün YAXŞİLAŞİR” kimi xəbəri verməkdən yorulmurdu…Son hamiya bəllidi… İndi də bir meyxanaçi haqqinda “filan saytin filan sayta,onun da filan sayta,onun da……onun daaaaa filan sayta istinadən verdiyi xəbərə görə sənətçi dünyasini dəyişib” kimi məlumatlar yayilir… Qoyun,insanlar rahat yaşasin…ya da ölüm haqqdirsa rahat ölsünlər!

Vətənim Media Shorts

YouTube-da aç ↗