Azərbaycan Yəmənə humanitar yardım göndərdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə ölkəmizi XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗