“Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri arasında dostluğu daha da möhkəmləndirəcək”.
Bunu Gənclər və İdman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunları münasibətilə Bakıda “Gücümüz həmrəylikdədir” mövzusunda keçirilən konfransda bildirib.
Onun fikrincə, bu idman oyunları Azərbaycanın və İslam dünyasının həyatında mühüm rol oynayacaq.
