“Ronalduya “Yuventus”da yer tapılar”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Yuventus”un canlı əfsanəsi Alessandro Del Pyero “Real”ın portuqaliyalı ulduzu Ronaldonu Turin klubunda görmək istəyir. Veteran futbolçu Ronaldunun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istəməsi barədə xəbərə münasibət bildirərkən bunu deyib:

“Yuventus”un Çempionlar Liqasında qalib olacağına inanıram. Ronalduya qalanda “Real”da özünü xoşbəxt hiss etmirsə, “Yuventus”da ona yer tapılar”.

 Ronaldonun vergidən yayınmaq ilə əlaqədar məhkəməsi iyulun 31-nə təyin olunub. Onun 14.8 milyon avro cərimə ödəyəcəyi gözlənilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗