“Mançester Yunayted” müdafiə xəttini gücləndirir.
“Qırmızı şeytanlar” 24 yaşlı Serj Orye ilə razılığa gəlib. Onun qiyməti 25 milyon avrodur. PSG-nin baş məşqçisi Unay Emeri gənc müdafiəçinin satılmasına razılıq verib. Oryenin Paris klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. PSG daha öncə Joao Marionu “İnter”dən kluba gətirmək üçün Oryedən istifadə etmək istəyirdi. Lakin Neymarın keçidini həll etməklə əlaqədar parislilər digər transfer əməliyyatlarını müvəqqəti təxirə salıb.
