Atıcılıq üzrə Avropa çempionatında Azərbaycan idmançıları yarımfinala çıxıblar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Atıcılıq üzrə Avropa çempionatının dairəvi stend atıcılığının qarışıq komanda yarışında Azərbaycan yığmasının üzvləri yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Yarımfinala Azərbaycan təmsilçilərindən Fuad Qurbanov və Regina Meftahətdinova çıxıb.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗