Darina Moskalenko Avropa çempionatında 6-cı oldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-ci yerə layıq görüldü.

750 metrlik su məsafsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib.

Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-ci yerə layiq görülüb.Turnirində 39 idmançı mübarizə aparıb. Yarışın galibi isə britaniyalı Corciya Teylor-Braun olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗