Türkiyə bu maddələrin idxalını məhdudlaşdırdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə zoman, zarin, tabun və iprit kimi kimyəvi maddələrin idxalını məhdudlaşdırıb.

Bu barədə Türkiyənin “Rəsmi qəzet”i məlumat verib.

Məlumatda qeyd olunur ki, məhdudiyyət təhlükəsizlik məqsədləri ilə tətbiq edilib. Belə ki, məhz bu maddələr partlayıcıların hazırlanmasında istifadə olunur.

Bu maddələrin Türkiyəyə idxal olunması üçün bundan sonra Ticarət və Gömrük Nazirliyindən 90 günlük müddətə verilən lisenziya almaq tələb olunacaq.

Vətənim Media Shorts

YouTube-da aç ↗