İsko “Real”la müqaviləni artırır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Real”ın futbolçusu İsko Madrid klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.

Ispaniyalı yarımmüdafiəçi UEFA Superkubokunu qazandıqları oyunan sonra bu barədə açıqlama verib:

“Tezliklə yeni müqaviləyə qol çəkəcəm, biz buna çox yaxınıq” – deyə o bildirib.

Qeyd edək ki, İsko 2013-cü ildə “Malaqa”dan “Real”a transfer olunub. O, ötən mövsüm 41 matçda 11 qol vurub, 10 qolun ötürməsini verib. İskonun “Real”la gəlin ilin yayına  qədər müqaviləsi var.

Vətənim Media Shorts

YouTube-da aç ↗