“Olimpiakos”da baş məşqçi istefası reallaşıb.
46 yaşlı Besnik Hasi tutduğu postdan azad edilib. Onun müqaviləsinə uğursuz nəticələr səbəbindən xitam verilib. Albaniyalı baş məşqçinin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son 3 oyununda qalib gələ bilməyib. Sonuncu turda isə “Olimpiakos” AEK-lə səfər matçında 2:0 hesabı ilə öndə olsa da, yekunda uduzub – 2:3.
Hazırda 8 xalla 4-cü pillədə qərarlaşan komandanın yeni baş məşqçisi də məlumdur. Bu, 4-cü dəfə “Olimpiakos”a rəhbərlik edəcək Takis Lemonisdir. Lemonisin debüt matçı Çempionlar Liqasının II turuna təsadüf edəcək. “Olimpiakos” sentyabrın 27-də İtaliyada “Yuventus”un qonağı olacaq.
